Maraqlı

Koronavirus gözə necə təsir edir? – Həkim detalları sadaladı

6 İyun 2020 22:05
Baxış: 1 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb.

Milli.Az strateq.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, gözlərin koronavirus üçün "giriş qapısı" olduğuna dair araşdırmalar mövcuddur:

"Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də, virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb, həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər".

T.Şilova nümunə kimi hidroksixlorini deyib: "O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti - red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.