Maraqlı

Google-a qarşı casusluq iddiası ilə 5 milyard dollarlıq iddia qaldırılıb

6 İyun 2020 21:10
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirkət məhkəmədə özünü müdafiə etmək niyyətindədir.

Google şirkətinə qarşı gizli rejimdə belə istifadəçiləri izlədiyinə görə 5 milyard dollarlıq iddia qaldırılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq bununla bağlı Kaliforniya ştatının San Jose şəhərindəki federal məhkəməyə sənəd təqdim edilib.

Sənədə əsasən, Google şirkəti istifadəçi məlumatlarını özünəməxsus müxtəlif mənbələr vasitəsilə toplayır. Bura Google Analytics, Ad Manager və plug-ins də daxil olmaqla digər smartfon tətbiqləri daxildir.

İddiaçının sözlərinə görə, bu tətbiqlərdən istifadə edən Google istifadəçinin davranışını, seçimlərini və hətta şəbəkədə baxa biləcəkləri "ən intim hadisələr" haqqında bilgi toplayır. Buna görə də, iddiaçı şirkəti məhkəməyə vermək və axtarış nəhəngindən ən azı 5 milyard dollar tələb etmək qərarına gəlib.

Qeyd etmək lazımdır ki, Google şirkətinin nümayəndəsi məhkəmədə şirkətin özünü müdafiə etmək niyyətində olduğunu bildirib. Çünki incognito rejimini açan brauzer və veb-saytların istifadəçisinə axtarışları barədə məlumat toplana biləcəyi xəbərdar edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.