Maraqlı

Rusiyalı məmurun İnstaqram hesabı bloklandı

6 İyun 2020 20:45
Baxış: 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk şirkəti Rusiya Federasiyasının Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin İnstaqram hesabını bağlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, səhifənin bağlanma səbəbi kimi anonim istifadəçinin şikayəti göstərilir.

Səhifənin fəaliyyətinin ilk günündə bloklandığı qeyd olunur. Sözügedən qubernatorluğun mətbuat xidmətindən bildiriblər ki, Feysbuk şirkəti hesabın kilidini açmaq üçün Aleksandr Qusevin şəxsiyyət vəsiqəsinin və ya sürücülük vəsiqəsinin surətini tələb edir.

Qeyd edək ki, qubernatorun İnstaqram səhifəsi bir gün əvvəl yaradılıb. Ancaq səhifə cəmi bir neçə saat fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.