Maraqlı

Android 11 əməliyyat sistemi bu tətbiqlərin quraşdırılmasını qəlizləşdirəcək

6 İyun 2020 20:15
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android əməliyyat sistemi kənar resurslardan olan tətbiqlərin smartfona qurşdırılması mövzusuna loyal yanaşır. Lakin yaxın zamanda Android smartfon istifadəçilərini heç də xoş olmayan sürpriz gözləyə bilər. Belə ki, insayderlərin verdikləri məlumatlara əsasən Android 11 əməliyyat sistemi kənar resurslardan tətbiqlərin quraşdırılması prosesini qəlizləşdirəcək. Bu barədə Slashgear saytı xəbər verib. Ənənə üzrə Google Play-dən olmayan hansısa APK faylını yükləyəndən sonra Android əməliyyat sistemi sadəcə olaraq yüklənmiş tətbiqin quraşdırılması üçün istifadəçidən icazə tələb edir.

Bəzi tərtibatçıların verdikləri məlumata əsasən Android 11-də bu proses bir qədər qəlizləşdirilib. Məlumatda qeyd olunub ki, istifadəçinin icazə verməsindən dərhal sonra əməliyyat sistemi APK faylla əlaqəsi olan tətbiqi bağlayır. Məsələn, yüklənmiş APK fayl brauzerdə işə salınıbsa, deməli brauzer bağlanacaq. Bu isə öz növbəsində istifadəçi məlumatlarının itirilməsinə gətirib çıxarda bilər. Maraqlısı ondadır ki, Google şirkəti sistemin bu cür davranışını tamamilə normal hesab edir.

Şirkət qeyd edib ki, bu, Scoped Storage funksiyasının çalışmasının nəticəsidir. Bu funksiya tətbiqlərə fayl sisteminin bəzi elementlərini əldə etmələrinin qarşısını alır. Kənar resursdan olan tətbiqi uğurlu şəkildə smartfona quraşdırmaq üçün istifadəçinin icazəsi ilə quraşdırılması prosesini yenidən işə salmaq lazım olacaq. Google şirkəti qeyd edib ki, o bu yeni funksiyanı hələ test edir. Sözügedən funksiyanın Android 11-in final versiyasında necə olacağı və ya onun ümumiyyətlə belə formatda əməliyyat sisteminə inteqrasiya olunub-olunmayacağı bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.