Maraqlı

Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

6 İyun 2020 07:01
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1,5 illik planlaşdırmadan sonra "FABULOS" şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması layihəsi real şəraitdə sınaqlara başlamağa hazırdır. Sürücüsüz mikroavtobusların ən yaxşı modelləri Avropanın 5 şəhərinin ictimai nəqliyyatının bir hissəsi olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "FABULOS" ("Future Automated Bus Urban Level Operation System") layihəsi 2018-ci ilin yanvarında Avropa Birliyinin maliyyə dəstəyi ilə öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi şəhər infrastrukturuna inteqrasiya edilmiş avtonom ictimai nəqliyyat ideyasının mümkünlüyünü sınaqdan keçirməkdir. Ötən ay Helsinkidə (Finlandiya) pilot layihələrə start verilib, iyunda müvafiq sınaqlar Qesdale (Norveç) və Tallində (Estoniya), daha sonra Yunanıstan və Niderlandda keçiriləcək.

50 günlük sınaq zamanı sürücüsüz mikroavtobus prototiplərinin funksionallığı, uyğunluğu və təhlükəsizliyi sınaqdan keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.