Maraqlı

Qripi əngəlləyən qidalar

30 May 2020 22:30
Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıq

Balıq immuniteti və ürək xəstəlikləri üçün istehlak edilməsi lazım olan qidaların ən başında iştirak edir. Balıq omeqa 3 yağ turşuları baxımından zəngindir. Balıq yemək tənəffüs yolu iltihabını azaltmağa da köməkçi ola bilər. Beləcə, tıxanıqlıq və ağrı idarəsini asanlaşdırır.

Sarımsaq

Sarımsaq təbii bir antibiotikdir. Ümumiyyətlə sarımsaq, immuniteti nizmalayır, burun tıxanıqlığı və müxtəlif infeksiya xəstəliklərin yaşanmasına mane olur.

İspanaq

İspanaq içərisində bol miqdarda dəmir və C vitamini ehtiva edir. Eyni zamanda kalorisi olduqca aşağı olan bu tərəvəz immunitetinizi gücləndirmənizə köməkçi olaraq, qripə mane olur.

Naringi və portağal

Naringi və portağalın tərkibində bol miqdarda C vitamini var. Nizamlı olaraq istehlak edilən naringi və portağal hüceyrələrin bərpasını təmin edir və qripə mane olur.

Nar

Nar tərkibində yüksək miqdarda C vitamini ehtiva edir. Narın özünü və ya qatıqla birlikdə istehlak edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.