Maraqlı

Büdcəli OnePlus smartfonunun hazırlandığı rəsmi şəkildə təsdiqləndi

30 May 2020 08:15
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddət ərzində internetdə məlumat gəzirdi ki, OnePlus şirkəti büdcəli smartfon seriyası üzərində çalışır. İndi isə şirkətin bahalı olmayan smartfonu satışa çıxardacağı rəsmi olaraq təsdiqləndi. Belə ki, bu məlumatı OnePlus şirkətinin CEO-su Pete Lau təsdiqləyb. Onun sözlərinə əsasən şirkət yaxın müddətdə öz smartfonlarının satış qiymətlərini endirmək üçün əlindən gələni edəcək.

Bu barədə Androidauthority saytı xəbər verib. Yeni müsahibələrindən birində Pete Lau qeyd edib ki, OnePlus şirkəti bahalı olmayan smartfon modellərindən imtina etmək niyyətində deyil. Şirkət bu məsələdə əsasən Hindistan bazarına daxil olmağı nəzərdən keçirdir. Belə ki, Hindistan bazarında bahalı olmayan smartfonlara tələbat çox yüksəkdir.

Pete Lau, şirkətin büdcəli smartfonu barəsində məlumat verməsə də çox güman ki, söhbət, hələ təqdim edilməmiş OnePlus Z modelindən gedir. Pete Lau öz müsahibəsində qeyd edib ki, istehlakçı büdcəli cihazların alınmasında maraqlıdır. Buna görə də şirkət bu cür cihazlar seqmentinə çox ciddi yanaşır. Qeyd etmək lazımdır ki, büdcəli OnePlus smartfonunun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.