Yeni “Xiaomi RedmiBook” noutbukunun xüsusiyyətləri açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xiaomi" şirkəti rəsmi təqdimatı mayın 26-na planlaşdırılan yeni "RedmiBook" portativ kompüterinin texniki xüsusiyyətlərini açıqlayan fotoşəkillərini dərc edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, söhbət 16,1 düym diaqonallı ekranla təchiz edilən noutbukdan gedir. Bildirilir ki, qapağın ön səthinin 90 faizini əhatə edən ekranın çərçivəsinin eni 3,26 mm təşkil edəcək. Displeyin təsvir ölçüsü barədə məlumat verilməsə də, onun "sRGB" rəng sahəsinin 100 faizini əhatə edəcəyi qeyd olunur.
Məlumata görə, nazik çərçivələr sayəsində noutbuk ümumi qabaritlərinə görə 15 düymlük modellərlə uyğunluq təşkil edəcək.
Portativ kompüterin aparat platforması qismində "AMD" platforması çıxış edəcək. Alıcılara seçim üçün "Ryzen 5 4500U" və "Ryzen 7 4700U" prosessorlarına malik modifikasiyalar təklif olunacaq.
Operativ yaddaş tutumu 16 giqabayt təşkil edəcək. Həmçinin qurğu 512 giqabayt tutumlu "Samsung PM881" bərk cisimli toplayıcısı ilə təchiz olunacaq.
16,1 düymlük portativ kompüterlə birlikdə 13 və 14 düym diaqonallı ekranlarla təchiz edilən "RedmiBook" noutbuklarının nümayişi gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





