Qiyamət günü qadın üçün ən üstün şəfaətçi nə olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı sizin aranızda dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən bunda düşünən bir qövm üçün nişanələr vardır" ("Rum", 21).
Bəli, bu ayədən də göründüyü kimi, Allah qadınları kişilərə dost və yavər olsun deyə xəlq etmişdir. Ailə, İlahi bir quruluşdur. O zaman ki, kişi evlənər, 40 cür günah ondan uzaq olar. Ona görə də insanlığın ən mühüm haqlarından biri də ər ilə arvadın bir-biri üzərində olan haqlarıdır. Peyğəmbərimiz (s) buyurur:"İnsanlıq haqlarından öhdənizə olanlardan heç bir haqq ərinizin haqqından üstün deyildir". Yəni, hətta bacı, qardaş, ata və ana haqqından da üstündür. Kişinin boynunda olan ən böyük haqq isə ananın haqqıdır. İmam Baqir (ə) buyurur: "Qiyamət günü qadın üçün heç bir şəfaətçi ərinin razılığından daha yaxşı və üstün deyildir. Hətta ərinin razılığının şəfaət qüdrəti Peyğəmbərlərin (ə) və Quranın şəfaətindən də güclüdür".
O zaman ki, Həzrət Fatimə (s.ə) can verirdi, İmam Əli (ə) onun cənazəsinin baş tərəfində dayanıb, ağlayırdı. İmam Baqir (ə) buyurur: "Əmirəl-möminin (ə) buyururdu: "Allahım! Mən öz arvadımdan razıyam. Mən Əli, onun əriyəm və ondan razıyam".
Həzrət Peyğəmbər (s) buyurur: "Cəhənnəmdə bir quyu var ki, ancaq o qadınlara aiddir ki, ərlərini narahat edirdilər".
Xoş olsun o qadının halına ki, əri ondan razıdır. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Əgər əmr etsəydim ki, Allahdan qeyrisinə səcdə edəsiniz, qadına əmr edərdim ki, ərinə səcdə etsin". Sonra iki dəfə buyurur: "Ərinə əziyyət verib, onu qəmgin edən qadın Allahın rəhmətindən uzaqdır".
Bəli, o qadın xoşbəxtdir ki, ərinə əziyyət verməsin və həyatın bütün sahələrində onun yavəri olsun.
Amma qadının haqqı barədə də güclü tövsiyələr vardır. Peyğəmbəri-Əkrəmdən (s) belə bir hədisimiz var: "Bu 23 ildə o zaman ki, Cəbrayıl (ə) gəlirdi, deyirdi: "Ya Rəsullah! Həyat yoldaşlarını sənə tapşırıram. Həyat yoldaşının haqqına riayət et". Cəbrayıl həyat yoldaşlarımızı o qədər bizə tapşırırdı ki, bəzən belə fikilrəşirdim ki, qadına təlaq vermək haramdır və onu boşamaq olmaz".
İmam Sadiq (ə) buyurur: "Qadının əri üzərindəki haqqı odur ki, əri həmişə süfrəsini Allah neməti ilə dolu etməlidir ki, arvadının gözü atasının, bacısının, qardaşının və qonşularının evində olmasın".
Əgər arvadının çatışmamazlığı vardırsa, ona və buna deməsin. Allaha xatir arvadının eybini gizlətməlidir ki, bu eybi aradan qalxsın. Qadının əri üzərindəki haqqı odur ki, əri bir dəfə də olsun evdə ona pis üz göstərməsin. Peyğəmbərin (s) və İmamların (ə) həyatlarına nəzər salaraq, ailədə qarşılıqlı ehtirama riayət edək, xoşbəxt və səmimi bir mühit yaradaraq, sağlam və əməlisaleh övladlar tərbiyə edək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib





