Maraqlı

Xəstə körpəsini boğub meşəyə qaçdı- Ona kömək edə bilmirlər"

19 May 2020 22:25
0 Şərh     Baxış: 1 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmış qadın saxlanılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib.

T.Filatova doqquz aylıq övladı ilə xəstəxanadan çıxaraq, kirayədə yaşadığı evə köçüb. O, həmin evdə körpəsini boğub öldürüb və məktub yazaraq meşəyə qaçıb.

Gənc ana məktubda "Sanki hər şey qorxulu yuxudakı kimi baş verir. O, ancaq sistem altında yatırdı. Mən çox istəyirəm ki, yaşayım, uşağım da sağ və sağlam olsun. Ancaq bu, mümkün deyil. Hər gün ona iynə vururlar, lakin kömək edə bilmirlər, mən də kömək edə bilmirəm" yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.