Maraqlı

Kann Film Festivalı keçirilməyəcək

12 May 2020 21:40
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kann Film Festivalı keçirilməyəcək.

Bu barədə festivalın rəsmi nümayəndəsi məlumat yayıb.

Kann Film Festivalının təşkilatçıları iyunun əvvəlində numayiş üçün seçilmiş filmlərin proqramını yayımlayacaqlar.

"Bu gün film festivalını oflayn keçirmək bizim üçün çətin görünür. Buna görə də iyun ayının əvvəlində seçilən filmlərin bir qismini elan etməyi planlaşdırırıq", - deyə festival rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl festivalın prezidenti Pyer Leskür Fransanın "Le Figaro" qəzetinə verdiyi müsahibədə Kann festivalının 2020-ci ildə ənənəvi şəkildə keçirilməyəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.