Skoda Enyaq iV modeli barədə məlumat verib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Skoda şirkəti MEB platformasında inşa edilən ilk modeli - Enyaq iV elektrik krossoveri barədə məlumatla bölüşüb. Krossover müxtəlif gücə malik olan beş elektrik mühərrikinə, arxa və ya tam ötürməyə, eləcə də 500 kilometrə qədər yürüş edə biləcək uzun mənzilli versiyaya sahib olacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Volkswagen şirkətinin MEB elektrik platformasında inşa edilmiş Skoda elektrokarının uzunluğu 4648 millimetr, eni - 1877 millimetr, hündürlüyü isə 1618 millimetr təşkil edir. Elektrokarın təkər bazası 2765 millimetrdir. Baqajın həcmi - 585 litr, yedəyə götürülən qoşqunun maksimum çəkisi 1200 kiloqramdır. Skoda şirkəti Enyaq iV modelinin aerodinamik müqavimət əmsalının 0,27 olduğunu bildirib. Müqayisə üçün, Kodiaq modelində bu əmsal 0,33, Tesla Model X elektrokarında isə 0,25-dir.
Skoda Enyaq iV beş versiyada satışa çıxarılacaqdır. Model xəttini açan Enyaq iV 50 modeli 55 kilovat-saatlıq batareya və 148 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir və 340 kilometrlik yürüş ehtiyatına malikdır. Enyaq iV 60 indeksi olan krossover 180 at qüvvəli mühərrik və 62 kilovat-saatlıq batareya ilə təchiz edilir və 390 kilometr yürüş ehtiyatına malikdir. Arxa çəkişli iV 80 modeli ən uzun mənzilli elektrokardır: 82 kilovat-saatlıq batareya və 204 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmiş elektrokar 500 kilometrə qədər yürüş edəcəkdir.
Enyaq iV modeli tam ötürməli iki versiyaya sahib olacaqdır: 80X və vRS. Hər iki versiya 82 kilovat-saatlıq batareya və müvafiq olaraq 265 və 306 at qüvvəli iki elektrik mühərrikini alacaqdır. "Bərkgedən" vRS versiyası 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənəcək və 180 km/saat maksimal sürətə malik olacaqdır. Həm Enyaq iV 80X, həm də vRS, cərəyan yükləmədən 460 kilometr (WLTP) məsafə qət edəcəkdirlər.
Krossoveri 2.3 kilovat gücündə ev rozetkasından, divar quraşdırılmış 11 kilovatlıq cihazdan və 50 kilovatlıq ictimai terminaldan və ya birbaşa cərəyanı 125 kilovata qədər olan yüksək sürətli terminaldan doldurmaq olar. Sonuncu halda batareyanın 10 ilə 80 faiz arasında doldurmasına 40 dəqiqə vaxt gərəkdir.
Bundan başqa, Skoda şirkəti Enyaq iV modelində çex markasının yeni interyer dizaynı konsepsiyasını nümayiş etdirəcəkdir. Çex markası ilk dəfə olaraq, salon tərtibatında zeytun yarpaqlarından alınan taninlərlə aşılanan dəridən istifadə edəcəkdir. Eyni zamanda, krossover İnternet şəbəkəsinə daimi qoşulmanı, proqram təminatının "hava üzərində" yenilənməsini, 13-düymlük ekranı və genişlənmiş reallığı olan proyeksiya displeyini alacaqdır.
Skoda şirkətinin elektrikləşdirmə proqramı 2022-ci ilə qədər 10 modelin buraxılmasını nəzərdə tutur. Şirkət bu planları həyata keçirmək üçün iki milyard avro sərmayə qoyub. Bu vəsaitlərin bir hissəsi Skoda tərəfindən CITIGOe iV və Superb iV modellərinin kütləvi istehsalına başlamaq üçün istifadə edilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)





