Maraqlı

Bu il tərtibatçılar üçün “Apple” konfransı onlayn rejimdə keçiriləcək

9 May 2020 08:59
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti proqram tərtibatçıları üçün ənənəvi "WWDC" konfransının iyunun 22-də koronavirus pandemiyası səbəbindən onlayn rejimdə keçiriləcəyini açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan başqa, tərtibatçı tələbələr üçün "Swift Student Challenge" adlı müsabiqənin keçirilməsi nəzərdə tutulur. İştirakçılara miniəlavələrin "Swift" dilində təqdim edilməsi təklif olunacaq. Müsabiqədə akkreditasiya edilmiş təhsil müəssisələrinin 13 yaşından yuxarı şagirdləri, eləcə də tərtibatçılar üçün "Apple" akademiyasının dinləyiciləri iştirak edə bilər.

Qeyd edək ki, "WWDC" konfransında "Apple" şirkəti tərəfindən adətən qurğular üçün əməliyyat sistemlərinin yeni versiyaları nümayiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.