Maraqlı

İndi smartfonun köməyilə real predmetləri rəqəmli dünyaya köçürmək mümkündür - VİDEO

9 May 2020 08:01
0 Şərh     Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlavə edilmiş reallıq vizual obyektlərin real dünyadan sürətlə kopyalanaraq rəqəmli sənədlərə yerləşdirilməsi üçün əlverişli bir vasitə ola bilər. Bu, şəkilləri elektron poçtla göndərmək və ya "Photoshop"da obyektlərin kəsilməsi kimi əziyyətli işdən xilas edir. Sadəcə, telefonu köçürmək istədiyiniz əşyaya tərəf yönəltmək və onu qurğunun ekranına "daşımaq" lazımdır.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda bu, yalnız eksperimental bir prototipdir. Ancaq artıq bir neçə  şirkət belə proqram təminatı üzərində çalışır. Artıq yaxın gələcəkdə belə alət əlçatan olacaq.
 
Tərtibatçı Diagnenin sözlərinə görə, obyektin köçürülməsinə təxminən 2,5 saniyə, rəqəmli sənədə yerləşdirilməsinə isə 4 saniyə vaxt sərf olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.