Maraqlı

Koronavirus bu yolla da yayıla bilər

5 May 2020 22:35
0 Şərh     Baxış: 1 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (SARS-CoV-2) bağırsaq hüceyrələrini yoluxdura və içində çoxala bilir, bu səbəbdən də infeksiya yalnız hava damcısı ilə deyil, həm də müxtəlif yollarla yayıla bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə niderlandlı alimlərin araşdırmasında qeyd edilib. Məlumata görə, alimlər koronavirusun insan bağırsağı hüceyrələrində təsirini izləyərək, orqanoidlərə koronavirus əlavə edildikdə sürətlə yoluxmuş hüceyrələrin çoxaldığını müəyyənləşdiriblər.

Mütəxəssislər koronavirusa tutulan xəstələrin əksəriyyətində ürək bulanması və ishal kimi simptomların göründüyünü, həmçinin xəstələrdən götürülmüş nəcis nümunələrində virus hissəciklərinin aşkarlandığını bildiriblər. Bu da virusun çirkli əllər vasitəsi ilə ötürüldüyünü göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.