"Bu, tamamilə PR (piar) fəaliyyətidir. Bütün dünya ulduzlarının etdiyi kimi. Fotolarımda pornoqrafiya yoxdur. Sadəcə olaraq, estetika və keyfiyyət var. Dozasını düzgün müəyyənləşdirmişəm. Mənim həyatımda bəsitliyə yer yoxdur və bəsit olan hər şeyə qarşı dözümsüzəm", - Hilal Cebeci deyib.
Sən demə, Hilal Cebeci soyunmaqla bərabər, həm də müsiqi fəaliyyətini davam etdirirmiş. O, müsahibəsində deyib ki, yeni albom üzərində işləyir və yaxın 15 gün ərzində albomunu təqdim edəcək. "Məqsədim albomumun çox sevilməsidir. İnşallah, Allah yardım edəcək və çox gözəl nəticə olacaq", - müğənni bildirib.
Ekstravaqant müğənni xəyalındakı kişini də təsvir edib. "Mən Kasımpaşada doğulub, Gültepedə böyümüşəm. Çox mərd insanların yanında yetişmişəm. Bu səbəbdən bir kişidə axtardığım ən böyük xüsusiyyət mərdlik, böyük ürək və cəsarətdir. Çünki belə kişiləri tanıyaraq böyümüşəm".
Hilal Cebeci bildirib ki, gəlin olmağı düşünmür: "Amma böyük-böyük danışmamaq lazımdır. Bəlkə fikrimi dəyişdirəcək biri girəcək həyatıma. Ona görə də qəti heç nə demirəm".
Türkiyəli müğənni heyranı olduğu və bir neçə gün əvvəl məhz onun üçün soyunduğu Lionel Messidən də danışıb. O deyib ki, yaxın vaxtlarda ulduz futbolçu ilə görüşmək istəyir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

















