Maraqlı

Mars 4 milyard il əvvəl həyatın yaranması üçün əlverişli olub – EHTİMAL

5 May 2020 21:10
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mars meteoritində azot tərkibli orqanik material aşkar edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, karbonatlı minerallar adətən çöküntüyə qrunt sularından qarışdığından bu kəşf Marsın 4 milyard il əvvəl həyatın yaranması üçün əlverişli olduğunu ehtimal etməyə əsas verir.

Marsın öyrənilməsində Antarktidada 1984-cü ildə tapılmış Allan Hills (ALH) 84001 meteoriti xüsusilə əhəmiyyətlidir.

Yeni tədqiqat işində alimlər qeyd olunan meteoriti tədqiq edərkən karbonatlarda azotun miqdarının öyrənilməsi üçün bundan öncə aparılan araşdırmalardan fərqli olaraq ən müasir analitik metodlardan istifadə ediblər.

Bu tapıntılar göstərir ki, Mars "Qırmızı planet" olana qədər onda orqanik azot mövcud olub. Erkən Marsın rütubətli və orqanik maddələrlə zəngin olması güman olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.