Maraqlı

Aprelin ən məhsuldar “Android” smartfonları açıqlanıb

5 May 2020 08:01
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Populyar "Master Lu" test proqramının yaradıcıları bu yaxınlarda buraxılan smartfonların məhsuldarlıq reytinqini dərc ediblər. Siyahıya aprelin 1-30-da satışa çıxarılan modellər daxildir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, apreldə müxtəlif istifadəçilər tərəfindən ümumilikdə 17 yeni smartfon modeli buraxılıb. Lakin birinci yeri qabaqcıl "Honor" və ya "OnePlus" yox, nəticəsi 522110 bal təşkil edən "Oppo Ace2" smartfonu tutub. İkinci pillədə "iQOO Neo3" qərarlaşıb.

Sonrakı mövqelərdə müvafiq olaraq üçüncü və dördüncü yerləri tutan "OnePlus 8 Pro" və "OnePlus 8" yer alıb. İlk dörd mövqeyə birkristallı "Qualcomm Snapdragon 865" sistemi üzərində qurulan smartfonlar sahib çıxıb. Aşağı pillələrdə "Kirin 990 5G" və "Kirin 985" mobil platformalarının quraşdırıldığı "Huawei" və "Honor" modelləri yer alıb.

"Honor 30 Pro " beşinci pillədə qərarlaşıb. Altıncı yerə "Huawei P40 Pro", "Huawei P40", "Honor 30" və "Huawei nova7 Pro" modellərini qabaqlayan "Honoe 30 Pro" smartfonu sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.