Maraqlı

Spot - robot it xəstəxanalarda istifadə edilir

30 Aprel 2020 23:50
0 Şərh     Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiki dövrdə süni intellekt texnologiyalarının xeyli inkişaf etməsi ilə az qala hər yerdə qarşımıza çıxan robotlar, bir çox sahədə istifadə edilir.

Dinamik robot və proqramların tərtibi və hazırlanmasında ixtisaslaşmış mühəndislik şirkəti olan Boston Dynamics, Spot adlı robot it hazırlayıb və keçən aylarda Norveç dənizindəki Skarv sahəsində olan neft və qaz şelfində, hidrokarbon sızmalarını axtarmaq üçün işə başlamışdı.

Bütün dünyaya təsir edən koronavirus epidemiyasına görə xəstəxanalardakı yükün artması, robot itin də bu sahədə istifadə edilməsini təmin etdi. Boston Dynamics, robota düzəliş edərək xəstəxanalara uyğun hala gətirdi.

Boston Dynamics şirkətinin verdiyi şərhə görə, ABŞ-da bir çox xəstəxana, müxtəlif robot texnologiyalarından faydalanmaq üçün şirkətdən kömək istədi.

Bu səbəblə Spot, ABŞ-ın Boston şəhərindəki Vriqham və Qadınlar (Brigham and Women's) xəstəxanalarının dəhlizlərində işə başladı.

Üzərinə bir planşet yerləşdirilən robot sayəsində həkimlər, telekonfrans sayəsində xəstələrə uzaqdan da nəzarət edir. Beləcə sağlamlıq işçiləri, təmasdan qaçınaraq virus riskini ən aşağı səviyyəyə endirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.