Maraqlı

Twitter koronavirusu 5G ilə əlaqələndirən paylaşımları bloklayır

28 Aprel 2020 23:50
0 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Twitter "zərərli məzmunlu" tvitləri bloklamağa başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu tvitlər arasında, xüsusilə, koronavirus pandemiyasını 5G texnologiyasına bağlayan, baza stansiyalarına zərər verməyə çağıran paylaşımlar yer alır.

Twitter-dən verilən açıqlamada bu addımın COVID-19 ilə bağlı yanlış məlumatların yayılmasının qarşısının alınmasına xidmət etdiyi deyilir.

Qeyd edək ki, sosial mediada bu tip konspirasiyalara tez-tez rast gəlinir. Virusun Çindəki laboratoriyalardan birində yaradılmasından tutmuş 5G səbəbindən yayıldığına qədər xeyli sayda şaiyələr gəzir.

Sözügedən addımı Feysbuk, Instagram və YouTube platformalarının rəsmiləri də atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.