Maraqlı

Teleqram messencerdə qrup zəngləri mümkün olacaq

28 Aprel 2020 23:10
0 Şərh     Baxış: 2 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleqram messencerində qrup şəklində zəng etmək mümkün olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin bloqunda məlumat yayılıb.

Məlumata görə, Teleqramın aylıq istifadəçi auditoriyası 400 milyona çatıb. Bu rəqəm ötən illə müqayisədə 100 milyon nəfər çoxdur.

"Mövcud pandemiya ilə əlaqədar olaraq insanların çoxu məsafədən iş rejiminə keçiblər. Bu isə təhlükəsiz video konfransa müraciət edənlərin sayını artırır. 2013-cü ildə bəri yazılı mesajlara olan tələbat 2020-ci ildə video zənglərlə əvəzləndi. Teleqram bunu nəzərə alaraq insanların qrup şəklində video zəng etmələri üçün funksiya hazırlayır", - deyə şirkətin məlumatında qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.