Maraqlı

“Wi-Fi” üçün yeni diapazon istifadəyə verilib

28 Aprel 2020 07:41
0 Şərh     Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Wi-Fi" üçün yeni tezlik diapazonu (6 QHs) rəsmən istifadəyə verilib. ABŞ-ın Federal Rabitə Komissiyası bu barədə qərar qəbul edib. Bu o deməkdir ki, artıq bir neçə ay sonra istifadəçilər daha sürətli simsiz internet və ev routerləri üçün daha çox boş kanal əldə edə biləcəklər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər bildiriblər ki, "Wi-Fi" üçün yeni tezlik diapazonunun istifadəyə verilməsi bağlantıları daha etibarlı edəcək. Bu həm pandemiya şəraitində, həm də yeni nəsil qurğularında qurulmuş biznes həllərinin reallaşdırılması üçün vacibdir. Müasir marşrutlayıcılar 2,4 QHs və 5 QHs diapazonlarında işləyir. Ancaq ev və sənaye qurğularının çox olması səbəbindən bəzən siqnallar bir-biri ilə kəsişir ki, bu da siqnalın itməsinə səbəb olur.

Qurğuların 2020-ci ilin sonunadək 6 QHs-lik yeni tezlik diapazonunu dəstəkləməyə başlayacağı gözlənilir. Yeni qurğularda xüsusi nişan - "Wi-Fi 6E" olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.