Maraqlı

“Helio G85” prosessorlu ilk smartfon hansı olacaq?

28 Aprel 2020 07:01
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkətinin yaratdığı "Redmi" brendi "MediaTek Helio G85" aparat platforması ilə təchiz edilən dünyanın ilk smartfonunu buraxılışa hazırlayır. Bu, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləməyən "Redmi 10X" modeli olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qeyd olunan prosessor hələ ki rəsmən təqdim edilməyib. Şayiələrə görə, onun tərkibinə səkkiz hesablama nüvəsi - iki "Cortex-A75" və altı "Cortex-A55" daxil olacaq. Həmçinin "Mali-G52" qrafik kontrollerinin inteqrasiya ediləcəyi qeyd olunur.

"Redmi 10X" smartfonu 2340 × 1080 piksel təsvir ölçülü 6,5 düymlük "Full HD " ekranla təchiz olunacaq. Ekranın küncündə kiçik kəsikdə 13 meqapikselli ön kamera yerləşəcək.

Əsas dörd kamera 48 və 8 milyon pikselli modulları, eləcə də iki ədəd 2 meqapikselli sensoru birləşdirəcək. Bundan başqa, simmetrik "USB Type-C" portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılacaq.

Enerjini 5020 milliamper/saat tutumlu dəyişdirilməyən akkumulyator batareyası təmin edəcək. Qurğunun qabaritləri 162,38 × 77,20 × 8,95 mm, çəkisi 205 qram təşkil edəcək.

Hazırda smartfonun bir - 6 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaş tutumlu variantının hazırlandığı bildirilir. Smartfon "MIUI 11" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Yeni qurğunun təxmini qiyməti 200-210 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.