Maraqlı

Feysbuk Hindistanın mobil operatoruna 6 milyard dollar sərmayə yatırdı

25 Aprel 2020 21:10
0 Şərh     Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk tərəfindən Hindistan mobil operator şirkətinə təxminən 6 milyard dollar sərmayə yatırılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbuk Hindistanın İnternet Şirkəti olan Reliance Jio-ya 5,7 milyard dollar sərmayə qoyduğunu elan edib.

Beləliklə, platforma rəhbərliyi Hindistan bazarının inkişafına nail olmaq istəyir. Sosial şəbəkə, 9,99% payı ilə Reliance Industries-in telekommunikasiya bölməsinin ən böyük minoritar səhmdarı olacaq.

Məlumat üçün bildirək ki, Jio Platforms Hindistanın ən böyük telekommunikasiya operatorudur. Şirkət ölkənin ən varlı adamı, milyarder Mukeş Ambaninin sahibi olduğu Reliance Industries şirkətinə məxsusdur.

Qeyd edək ki, Hindistan hazırda Feysbukun ən böyük bazarlarından biridir. WhatsApp messenger istifadəçilərinin 400 mini hindistanlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.