Maraqlı

Hakerlərin növbəti hücum hədəfi NETFLİX oldu

25 Aprel 2020 22:45
0 Şərh     Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVID-19" pandemiyası dövründə hakerlərin əsas hücum hədəflərindən biri də Netflix şirkəti olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, təkcə aprel ayında hakerlər şirkətin adından təxminən 700 saxta sayt yaradıb.

Saytlar Netflix portalının ana səhifəsi ilə eyni dizaynda hazırlanıb. Olduqca inandırıcı görünən saxta saytlardan bəziləri abunə də satır. Hakerlər istifadəçinin şəxsi məlumatlarını, bank kartı məlumatlarını saxta saytdakı abunə formasına daxil etməyə və uzun müddət ödənişsiz hesablar açmağa yönləndirirlər.

Bu məlumatları əldə edən kibercinayətkar dərhal kart hesabındakı vəsaiti oğurlayır.

Qeyd edək ki, Netflix-in 160 milyon izləyicisi var. Karantin rejimi dövründə şirkətin gəliri 192 milyard dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.