Maraqlı

Şagird olan ailələrə distant təhsil üçün 50 min kompüter verilib

25 Aprel 2020 20:45
0 Şərh     Baxış: 1 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə distant təhsili təmin etmək üçün Rusiyada şagird olan ailələrə 50 min kompüter verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, kompüterlər əsasən aztəminatlı və çoxuşaqlı ailələrə verilib. Artıq bir aydır ki, Rusiya Federasiyasında cərəyan edən "COVID-19" pandemiyasına görə ali və orta ixtisas təhsil müəssisələrində distant təhsil rejiminə keçirilib.

Qeyd edək ki, 2019-cu ilin 31 dekabr tarixində Çin hakimiyyəti Uhan vilayətində yeni növ virusun yayılması haqqında məlumat yayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ildə 11mart tarixində "COVID-19" adlandırılan virusu pandemiya elan edib.

Hazırda Rusiya Federasiyasında 62 min 773, dünyada isə 2,6 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.