Maraqlı

Koronavirus bu temperaturda 15 dəqiqə yaşayır

17 Aprel 2020 21:50
1 Şərh     Baxış: 3 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız alimlər koronavirusla bağlı yeni təcrübələr aparıblar.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübələrə əsasən, Covid-19-un 92 dərəcə temperaturda da 15 dəqiqə yaşaya bildiyi məlum olub. Aix-Marsielle Universitetinin alimi Boris Pastorino və komandası koronavirus üzərində 10 müxtəlif təcrübə aparıb. 30 və 60 dərəcə temperaturda koronavirusun yoluxuculuq qabiliyyəti azalsa da, yaşadığı müəyyən edilib. Hətta 92 dərəcə temperaturda da 15 dəqiqə yaşayan virus daha sonra tədricən yox olmağa başlayıb.

Əldə etdikləri nəticələrin rəsmi təsdiqlənməsi üçün gözlədiklərini deyən Pastorino həmin məlumatların laboratoriyada virus üzərində işləyən personalın təhlükəsizliyi üçün ən uyğun protokol qaydasının seçilməsinə kömək edəcəyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.