Maraqlı

Skype-da qeydiyyatdan keçmədən video zənglər edə biləcəksiniz - Yeni funksiya

16 Aprel 2020 22:10
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skype videozəng xidmətində "Meet Now" adlı yeni funksiya əlavə edilib.  

Milli.Az ted.az-a istinadən bildirir ki, videozəng etmək üçün artıq hesab yaratmağa və ya tətbiqi yükləməyə ehtiyac yoxdur.

Zəngə başlamaq üçün link yaratmalısınız, həmin linki Skype-da olmayan insanlara belə göndərə bilərsiniz. Beləliklə, linki göndərdiyiniz şəxslər videozəngə qoşulacaqlar.

Yeni rejimdə (Meet Now) zəngləri qeyd edib saxlamaq mümkündür. Qeyd edilmiş zənglər 30 gün ərzində saxlanılacaq.

Bundan əlavə, videozəngə qoşulmazdan əvvəl fonu qarışdıra və ekran görüntüsünü digər iştirakçılara göndərə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.