Maraqlı

Fransada koronavirus xəstələri ilə kontaktların izlənilməsi üçün mobil proqram hazırlanır

14 Aprel 2020 07:41
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa koronavirusun yayılması ilə mübarizədə rəqəmli texnologiyalardan istifadə edən ölkələr siyahısına daxil olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Le Monde" nəşrinin məlumatına görə, fransalı mütəxəssislər xəstələrlə kontaktların izlənilməsi üçün nəzərdə tutulan "StopCovid" adlı mobil əlavənin yaradılması üzərində çalışırlar. Proqram yoluxma zəncirinin aşkarlanması üçün "Bluetooth"dan istifadə edəcək və istifadəçinin yanında xəstə insanın olması barədə xəbərdar edəcək.

Bildirilir ki, mobil əlavə üzərində işləyən Fransa hökuməti vətəndaşların məlumatlarının məxfiliyini maksimum qorumaq niyyətindədir. Məsələn, hakimiyyət "Pan-European Privacy-Preserving Proximity Tracing" layihəsi ilə sıx əməkdaşlıq edir. Layihə iştirakçıları Avropanın məlumatların mühafizəsi sahəsində qanunvericiliyini pozmadan "COVID-19" daşıyıcıları ilə kontaktların izlənilməsi üçün standartın hazırlanması ilə məşğuldurlar.

Lakin bununla belə, mobil proqram hüquq müdafiəçilərinin narahatlığına səbəb olub. Hazırda "StopCovid" əlavəsinin mərkəzləşdirilmiş olacağı - istifadəçi məlumatlarının bir yerdə saxlanacağı barədə məlumat verilmir.

Mobil proqramın prototipinin 3-6 həftə sonra buraxılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.