Maraqlı

Karantin ruhi sağlamlığa təsir göstərirmi? - ARAŞDIRMA

12 Aprel 2020 19:34
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq alimlər qrupu karantinin insanların ruhi sağlamlığına təsirlərini izah edib.

Milli.Az xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatın nəticələri Psixiatriya Tədqiqatı elmi jurnalında dərc edilib.

Tədqiqatın ilkin nəticələri göstərib ki, COVID-19-un ən çox yayıldığı ərazilərdə yaşayan sakinlər xüsusilə psixoloji problemlərdən gileylənib. Onlar bildirib ki, karantin müddətində fiziki və ruhi sağlamlıq səviyyələri aşağı düşüb. Nəticə etibarıyla həyatdan məmnunluq göstəriciləri də ürəkaçan olmayıb. Məlumatlar mütəxəssislər tərəfindən Çinin karantin rejimində olan 64 bölgəsində aparılan sorğu əsasında toplanıb.

Rəyi soruşulanların dörddə birindən çoxu karantin dövründə ofisdən, 38 faizi evdən işlədiyini, 25 faizi isə məzuniyyətə göndərildiyini deyib. Vətəndaşların psixoloji vəziyyəti bir ay həbsdə olan Avstraliya məhbuslarının ruhi sağlamlığı ilə müqayisə edilib.

"Təəccüblənmədik, araşdırma insanlara bir hədəf verə bilər, bu, pandemiya zamanı xüsusilə vacibdir", - deyə Sidney Universitetinin professoru Andreas Rauç açıqlamasında qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı isə elan edib ki, psixoloji problemlər koronavirus infeksiyasının tipik əlaməti deyil. (publika.az)f

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.