Maraqlı

“Microsoft” dünyada ən təhlükəli domeni satın alıb

11 Aprel 2020 08:51
0 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti dünyada ən təhlükəli hesab edilən "corp.com" domenini satın alıb. "Windows" əməliyyat sisteminin istehsalçısı hakerlərə şirkətin səhvlərindən istifadə etməyə imkan verməmək üçün bu domeni satın almalı olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "corp.com" domeninin ilk sahibi iş adamı Mayk O'Konnor olub. 1990-cı illərin ortalarında investor "Go-fast.net" internet-provayderini təsis edib, "bar.com", "pub.com" və "place.com" kimi sayt adlarını qeydiyyatdan keçirib. O'Konnorun sözlərinə görə, bu domen adları sonralar olduqca baha məbləğə satılıb, ancaq o, 26 il ərzində "corp.com" domenini satmaq istəmirdi.

"corp.com" domen adı zərərsiz görünə bilər, ancaq reallıqda korporativ məlumatların itkisinə səbəb ola bilər. Bütün məsələ "Windows"un erkən versiyalarının (məsələn, "Windows 2000 Server") işləmə özəllikləri ilə bağlıdır, belə ki, eyni daxili şəbəkəyə qoşulmuş kompüterlərin yoxlanması üçün "Active Directory" xidmətindən istifadə olunur. Başlanğıc ayar kimi bu xidmət "corp.com" domeninə müraciət edir, kompüter lokal şəbəkədə olduqda bu, heç bir təhlükə yaratmır. Yox, əgər kompüter internetə qoşulubsa, onda "Active Directory" kənar serverə (corp.com) qoşulur və məxfi məlumatları ora göndərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.