Maraqlı

COVID-19 ilə mübarizə üçün konsorsiuma qoşuldu

9 Aprel 2020 21:15
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"NVIDIA" şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn "High Performance Computing (HPC) Consortium" superkompüter konsorsiumuna qoşulub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, konsorsiumun tərkibinə ABŞ hökumətinin və akademik müəssisələrin aparıcı texniki mütəxəssisləri, eləcə də "IBM", "Amazon Web Services", "Google Cloud" və "Microsoft" şirkətlərinin sənaye ekspertləri daxildir.

Konsorsiumun əsas məqsədi koronavirusun aşkarlanması və müalicəsi üçün effektiv metodların hazırlanmasının sürətləndirilməsindən ibarətdir.

Məlumata görə, şirkət ümumi məhsuldarlığı 400 petaflops təşkil edən 30 superkompüterdən istifadəni təmin etməyə hazırdır. Bundan başqa, "NVIDIA" mütəxəssisləri süni intellekt, superkompüter hesablamaları, dərman axtarışı, molekulyar dinamika, genomika, diaqnostik vizuallaşdırma və məlumatların analizi sahəsindəki təcrübələrini bölüşmək niyyətindədirlər.

Bildirilir ki, "NVIDIA" qrafik prosessorları hazırda əksər superkompüterlərdə istifadə edilməklə "COVID-19" ilə bağlı problemlərin axtarışı və həlli ilə məşğul olurlar.

Alimlər tərəfindən xəstəliyin müalicəsində effektiv ola biləcək 77 dərman birləşməsinin axtarışı məqsədilə Ok-Ric Milli Laboratoriyasında quraşdırılan dünyanın ən sürətli "Summit" superkompüterindən istifadə edilib. 27 min "NVIDIA" qrafik prosessorundan istifadə sayəsində bir neçə il tələb edən iş şirkət tərəfindən bir neçə gün ərzində yerinə yetirilib.

"NVIDIA" qrafik prosessorları əsasında yüz minlərlə ev kompüteri yeni koronavirus üçün dərmanın axtarışı məqsədilə "Folding@Home" layihəsində iştirak edir. Həmçinin şirkətin 356 mindən çox qrafik prosessoru 1,5 ekzaflops səviyyəsində ümumi hesablama gücünün təmin edilməsinə öz töhfəsini verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.