Maraqlı

“Moto G8 Power Lite” smartfonu təqdim edilib

7 Aprel 2020 08:59
0 Şərh     Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Motorola" brendi öz smartfon çeşidinə "Moto G8 Power Lite" modelini əlavə edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Moto G8 Power Lite" smartfonu 8 nüvəli "MediaTek Helio P35" prosessoru, 6,5 düymlük IPS ekran və 4 QB əməli yaddaşla təchiz edilib. Modelə quraşdırılmış daxili daşıyıcının tutumu 64 QB ("microSD" yaddaş kartının köməyi ilə 256 QB-dək artırmaq mümkündür) təşkil edir.
 
Smartfona quraşdırılmış 5000 milliamper/saat tutumlu akkumulyator musiqini dinləmək rejimində 100 saatadək, videonu izləmək rejimində isə 19 saatadək avtonom işləyir. Qurğu 16 mp-lik və sürətli fokuslama funksiyasına malik əsas sensor, makroçəkiliş üçün 2 mp-lik modul və 2 mp-lik dərinlik datçikindən ibarət  üçqat əsas kamera ilə təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.