Maraqlı

Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

7 Aprel 2020 08:21
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya hazırlayıblar. Adətən bunun üçün çoxlu kameraya malik xüsusi avadanlıqdan istifadə olunur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni texnologiyanın köməyilə insanın sifətinin 3D modelini yaratmaq üçün onu hər bir tərəfdən videoya çəkmək lazımdır. Bu proses 15-20 saniyə vaxt alır.

Bundan sonra alqoritmlər öz işini görür. Onlar insanın sifətini fondan ayıraraq ikiölçülü təsviri üçölçülüyə çevirirlər. Bütün bu prosesə 30-40 dəqiqə vaxt tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.