Maraqlı

Apple məşhur cihazını yanlışlıqla yayımladı

7 Aprel 2020 23:01
0 Şərh     Baxış: 2 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple keçənilki hesabatında Apple Air Tags adlı cihaz istehsal edəcəyini açıqlamışdı. Şirkət istehlakçıların səbirsizliklə gözlədiyi cihazı yanlışlıqla yayımlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple Air Tags istifadəçilərə əşyalarını itirməməyə, onları asanlıqla tapmağa kömək edəcək. İstifadəçi özəl əşyasına yerləşdirdiyi bu cihaz sayəsində onun olduğu məkanı təqib edəcək. Amma cihazın davamlı internet və ya GPS əlaqəsi olmayacaq.

Apple yeni cihazla bağlı rəsmi portalına yerləşdirdiyi videonu sonradan silsə də, bu, izləyicilərin gözlərindən qaçmayıb.

Apple bu yeni texnologiyanı nə vaxt satışa çıxaracağını hələ açıqlamayıb. Amma əksəriyyət onun iPhone 9 ilə eyni vaxtda təqdim ediləcəyini düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.