Maraqlı

Market və apteklərdə yoluxma riski çoxdur – Xəbərdarlıq

4 Aprel 2020 21:25
3 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər hazırda koronavirusun insanı daha çox hansı yerlərdə tuta biləcəyini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər insanların hətta tam izolyasiyası müddətində də yoluxa biləcəyini bildirir.

Rusiyalı ali dərəcəli otolorinqoloq Vlademir Zayçev təhlükəli yerlərin siyahısını təqdim edib:

- ərzaq mağazaları, marketlər- mütləq ərzaqları təmiz rezin əlcəkdə seçib, mağazadan çıxdıqdan sonra əlcəyi çevirib çıxarıb atmaq lazımdır. Sellofan paketləri barmağı ağıza aparıb yaşladandan sonra açmayın
Mağazada özünüz üçün vaxt qoyun: 10 dəqiqəyə mütləq çıxmalısız və 1 metr radiusunuzda adam olmamalıdır

- Apteklər- bura xəstələnmiş insanlar çox girir.

- Ödəmə terminalları və poçtlar.

- Yanacaq doldurma stansiyalarında - əgər sürücü benzin dolduran şlanqa özü əl vurarsa ondan öncə bu şlanqa toxunan insandan virus keçə bilər

- İstənilən nağd pul hesablaşması. Hər dəfə əllərinizi pula toxundurduqdan sonra dezinfeksiya edin

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.