Maraqlı

Təhlükəli virus nələrdə və hansı temperaturda daha çox yaşayır? - SİYAHI

4 Aprel 2020 20:10
0 Şərh     Baxış: 1 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun hansı səthlərdə nə qədər yaşaması barədə indiyə kimi bir sıra araşdırmalar olub. Araşdırmaların hər birində bununla bağlı müxtəlif müddətlər göstərilir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Honkonq Universitetinin alimləri də COVID-19-un aktiv olduğu temperaturu müəyyənləşdiriblər. Alimlər hesab edir ki, yeni COVID-19 4 dərəcə temperaturda ən aktiv olur, lakin istiliyə həssasdır. 4 dərəcədə infeksiya iki həftədən çox müddətə mövcud olur, temperatur 70 dərəcəyə qalxdıqda 5 dəqiqə ərzində ölür.
Beləliklə, virus hansı temperaturda və hansı səthdə nə qədər yaşayır? Vacib məqamları belə qruplaşdırmaq olar:

1. Temperatur 22 dərəcədirsə, ən az bir həftə,

2. 37 dərəcədirsə iki gündən çox olmayaraq,

3.  56 dərəcədə yarım saatdan az,

4. Tibbi maskaların üzərində  ən azı bir həftə (Əgər temperatur 22 dərəcə, nisbi rütubət  65% təşkil edirsə).  

Bundan başqa, koronavirus kağız üzərində 3 saatdan az, taxtada və parçalarda 2 gündən çox, şüşə üzərində 4 gündən az, paslanmayan polad və plastik səthlərdə bir həftədən çox olmayaraq yaşamağa qadirdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.