Maraqlı

Koronavirusun hansı temperaturda uzun müddət aktiv qaldığı müəyyən oldu

4 Aprel 2020 21:40
0 Şərh     Baxış: 4 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honkonq Universitetinin alimləri koronavirusun 4 dərəcə selsidə uzun müddət aktiv qaldığını müəyyən ediblər.

Medrxiv saytında nəşr olunan məlumatlara görə, araşdırmaçıların çıxardığı nəticələr koronavirusun 4 dərəcəlik istilikdə uzun müddət stabil qaldığını, dezinfeksiya olunmaması halında isə, təsirinin ancaq 14 gündən sonra düşməyə başladığını göstərib.

Bununla yanaşı, SARS-CoV-2-nin yüksək istiliklərə dözə bilmədiyi və 70 dərəcə selsidə 5 dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.

Virusun müxtəlif cisimlərin səthində nə qədər qala biləcəyini araşdıran alimlər, SARS-CoV-2-nin kağız üzərində 3 saata qədər, geyimdə və işlənmiş ağacda 2 günə qədər, şüşə səthdə 4 günə qədər və plastik səthlərdə 1 həftəyə qədər qala biləcəyini müəyyən ediblər.

Koronavirusun tibbi maskaların xarici səthində 7 günə qədər qala biləcəyini müəyyən edən mütəxəssislər, maskaların diqqətlə dezinfeksiya olunmasını tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.