Koronavirusa görə əksər ölkələrdəki tələbələr məsafədən təhsil alırlar. Google belə tələbələrə kömək edəcəyini bildirib.
Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri Kaliforniyadakı tələbələr üçün yardım ayıracaqlarını bildiriblər. Kompüterə ehtiyacı olan 4000 kaliforniyalı tələbəyə isə Chromebook hədiyyə ediləcək. Bundan əlavə, 100 min şəxs ödənişsiz internetlə təmin olunacaq.
Xatırladaq ki, Google bir neçə gün öncə koronavirusa görə yeni portal yaradacağını bildirib. Şirkət bununla yanaşı, 800 milyon dollar büdcə də ayırıb.
Milli.Az