Maraqlı

Netflix-dən koronavirusla bağlı maraqlı addım: “Spoiler” təhdidi

31 Mart 2020 08:21
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Netflix koronavirus pandemiyası ilə bağlı maraqlı addım atıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət evdə qalmaqla bağlı tövsiyələrə əməl etməyənləri film və serialların sonluğunu deməklə (spoiler) "təhdid edib". Bu addımın hələlik yalnız Taylandda atıldığı deyilir.

Yəqin heç kəs öz sevimli film sisiləsinin, yaxud serialının sonluğunu əvvəlcədən öyrənmək istəməz. Hətta ehtimalını düşünmək belə, adamın əhvalının korlanmasına bəs edir.

Netflix də buna hesablanmış addım atmaq qərarına gəlib.

Belə ki, şirkət gediş-gəlişin çox oldğuğu nöqtələrdə "spoiler" başlığı ilə bəzi ipucları yerləşdirir. Daha doğrusu, insanların evdə qalmalarını təmin etmək üçün belə düşünmələrini istəyir. Çünki yazılan məlumatlar əslində saxtadır. Sadəcə bu yolla film həvəskarlarının izolyasiya və karantin rejimlərinə əməl etməsinə çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.