Maraqlı

İybilmə qabiliyyətinin ani itirilməsi COVID-19 daşıyıcılığına işarə edə bilər

28 Mart 2020 20:01
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya alimlərinin apardığı araşdırma, koronavirusa yoluxmuş insanların göstərdikləri əlamətləri təhlil etdi. Analizlərin nəticəsində, başqa heç bir əlamət göstərilməsə belə, iybilmə qabiliyyətini itirən insanlar COVID-19 daşıyıcısı ola bilməsi görünüb.

Araşdırmanın nəticələrini Britaniyanın Rinoloji təşkilatının professoru Kler Hopkins və Britaniya Qulaq Burun Boğaz təşkilatının professoru Nirmal Kumar ortaq mətbuat konfransında şərh etdilər.

Mütəxəssislər, koronavirusa yoluxmuş bir çox xəstənin, geniş formada görülən yüksək və quru öskürək simptomlarından əvvəl qoxu və dad itkisi yaşadıqlarını ifadə edirlər. Araşdırmaçılar, Cənubi Koreya, Çin, İngiltərə və İtaliyada COVID-19 analızləri müsbət çıxan insanların üçdə birinin qoxu və ya dad itkisi şikayəti yaşadıqlarını təyin etdilər. Bu səbəblə qoxu və ya dad itkisininin koronavirusun ilk simptomlarından biri olduğu ehtimal edilir.

Alimlər, bu anda digər koronavirus simptomları olmadan qoxu və ya dad itkisi şikayəti ilə xəstəxanaya müraciət edən xəstə sayında da diqqətə çarpan bir artım olduğunu göstərən hesabatlar olduğunu söyləyirlər. Eyni zamanda İran, ABŞ, Fransa və Şimali İtaliyadakı həkimlər, qoxu və ya dad itkisi hallarında ani bir artım olduğunu bildirdilər.

Bu səbəblə COVID-19 virusunun yayılmasını önləmək üçün yeddi gün ərzində dad və ya qoxu itkisi yaşayan insanların analiz etdirməsi mövzusunda xəbərdarlıq edildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.