Maraqlı

İqlim şəraiti koronavirusa necə təsir edir?

28 Mart 2020 21:45
0 Şərh     Baxış: 1 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusu mövsümi qrip səviyyəsində olan bir virusdur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, xüsusilə təhlükəli infeksiyalara qarşı mübarizə üzrə ekspert, Rusiya İstehlak Nəzarəti  Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu direktorunun elmi məsləhətçisi Viktor Maleev deyib.
Onun sözlərinə görə, koronavirus iqlimdən əhəmiyyətli dərəcədə təsirlənir. Ümumiyyətlə, mövcud nəzəriyyələrdən birinə görə, COVID-19 qriplə eyni mövsümi infeksiyadır: "İqlim virusa bir çox dərəcədə təsir edir. Gündəlik hava da təsir edə bilər. Nəzəriyyələrdən biri də koronavirusun mövsümi bir infeksiya kimi, tənəffüs yollarının digər yoluxucu xəstəlikləri, qrip kimi olduğunu deməyə əsas verir.
Bizdə çoxlu tənəffüs yolları virus infeksiyası var, təxminən 200-ə qədər. Və əksəriyyəti də mövsümidir. Koronavirus epidemiyasının başladığı Çində Təbiət Elmləri Milli  Fondu, isti və rütubətli hava səbəbiylə COVID-19 yayılmasının azalması barədə araşdırma aparıb. Tədqiqatçıların fikrincə, koronavirusun yayılmasına qarşı mübarizədə ən yaxşı kömək qızmar hava ola bilər.
Alimlər iqlim şəraitinin virusların ötürülməsinə hər zaman təsir etdiyini əsas götürüblər. Əlbəttə ki, əhalinin sıxlığı və tibbi xidmətin keyfiyyəti də böyük əhəmiyyətə malikdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.