Maraqlı

Ultrabənövşəyi lampa virusları məhv edir?

28 Mart 2020 20:40
1 Şərh     Baxış: 2 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər istər yerli, istərsə də xarici KİV-də, sosial şəbəkələrdə ultrabənövşəyi dezinfeksiya lampasının (UB lampası) yeni koronavirusu məhv edə biləcəyi barədə məluamatlar yayılır. Bu nə dərəcədə doğrudur?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) infoqrafiyasında bildirilir ki, UB lampaları əlləri və ya dərinin digər sahələrinin sterilizasiyası üçün istifadə edilməməlidir. Çünki ultrabənövşəyi şüa dəridə qıcıqlanmanın əmələ gəlməsinə səbəb ola bilər.

Bundan başqa, infoqrafiyada Çindən məktub və ya bağlama almaq təhlükəsizdirmi sualına cavab olaraq bunlar qeyd olunub:

Çindən məktub və ya bağlama almaq təhlükəsizdir. Çindən bağlama alaraq yeni koronavirusla yoluxmaq riskiniz yoxdur. Əvvəlki təqqiqatlar koronavirusların zərflər və ya poçt bağlamaları kimi əşyalarda uzun müddət yaşamadığını göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.