Maraqlı

Feysbukdakı videoların keyfiyyəti aşağı düşəcək

24 Mart 2020 08:15
0 Şərh     Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa görə xüsusi rejim elan olunandan sonra çox insanın məsafədən çalışması internetə tələbatı artırıb. Bir çox sosial platformalar internetdən istifadəni balanslaşdırmaq məqsədilə tədbirlərə əl atmalı olublar. Feysbuk və İnstaqram da videoların keyfiyyətinu aşağı salacağını bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri bu qərarın yalnız avropalı istifadəçilərə şamil olunacağını bildiriblər.

Videolardakı aşağı keyfiyyət bir müddət davam edəcək və internet tələbatının balanslaşdırılması məqsədi daşıyır. Bu, istifadəçilərin Feysbuk və İnstaqramdan daha rahat yararlanmalarını təmin edəcək.

Qeyd edək ki, bir müddət öncə YouTube, Amazon və Netflix də bu istiqamətdə işlər aparıldığını, video keyfiyyətinin aşağı salınacağını bildirmişdilər.

Xatırladaq ki, Feysbuk Avropada gün ərzində 288 milyon istifadəçiyə xidmət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.