Maraqlı

Daşınan cihazların istehsalı azalacaq – SƏBƏB

24 Mart 2020 07:01
0 Şərh     Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada mövcud olan koronavirus pandemiyasına görə, daşınan elektronik cihazların istehsalı və satışı azalacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda məlumat IDC analitik şirkətinin hesabatında qeyd olunub.

Məlumata əsasən, bu il 368,2 milyon daşınan cihaz satışa çıxarılıb. Bu rəqəm ötən ilin göstəricisindən 89% azdır.

Sözügedən şirkətin mütəxəssisləri bildiriblər ki, bazarda müşahidə edilən azalma minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasdır: "Daşınan cihazların satışı daha 6 ay azalmağa doğru gedəcək. Smart saat və qolbağlar daha az satılacaq. Bu ilin ilk rübündə onların satışı ümumi olaraq 13% azalacaq. Çünki bu cihazların əsas istehsalçılarından biri olan Çində bir neçə zavod bağlanıb və işçi çatışmazlığı mövcuddur".

Mütəxəssislər proqnozuna görə, 2024-cü ildə daşınan cihazların satış bazarı yenidən böyüyəcək: "Artıma görə onların istehsalı 526,8 milyona çatacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.