Maraqlı

“Chrome”un bazar payı üç aydır ardıcıl azalmaqdadır

19 Mart 2020 08:21
0 Şərh     Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən "NetMarketShare" xidmətinin məlumatına əsasən, qlobal brauzerlər bazarında "Chrome"un bazar payı 3 aydır ardıcıl olaraq azalmaqdadır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin fevral ayının nəticəsinə görə, internetə çıxış üçün istifadə edilən masaüstü kompüter və noutbukların 68,85%-nə "Chrome" brauzeri quraşdırılıb. Brauzerin bazar payı 2019-cu ilin noyabrından azalmaqdadır.

Ən populyar brauzerlərin reytinqində ikinci yeri 2020-ci ilin ikinci təqvim ayının nəticəsinə görə, 7,57% bazar payına malik "Firefox" tutub. "Microsoft Edge" brauzerinin bazar payı 7,39% təşkil edib.

"Microsoft" şirkəti "Edge" brauzerinin göstəricilərindən narazı idi və onu tamamilə yenidən işləməli olub. "EdgeHTML" mühərrikinin əvəzinə "Chromium"dan istifadə edilib.

"Microsoft"un digər brauzeri "Internet Explorer" dünyadakı kompüterlərin 6,38%-nə quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.