Maraqlı

Netflix Stranger Things-in çəkilişlərini dayandırdı – SƏBƏB

21 Mart 2020 23:50
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Netflix koronavirus (Covid-19) pandemiyasından dolayı Amerika və Kanadada aparılan film və serial çəkilişlərinə ən azı 2 həftə ara verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, dünyaca məşhur "Stranger Things" ("Qəribə şeylər") serialı da bundan qaça bilməyib.

İlginc süjet xətti və gənc aktyor heyətilə hər seriyası maraqla izlənən Netflix məhsulunun artıq 3 mövsümü geridə qalıb. Bu il isə 4-cü mövsümü gözlənilirdi.

Ən azı iki həftə dayandırılan çəkilişlərin nə zaman başlayacağı məlum deyil. Müddətin uzadılacağı da istisna edilmir. Bu səbəbdən dolayı Netflix dəqiq tarix açıqlamayıb.

Dəqiq bilinən bir məsələ var. Houkins qəsəbəsinin cəsur və gənc sakinləri Dastin, Mayk, Lukas, Uil və İlevnın macəralarını təkrar izləmək üçün daha artıq gözləməyimiz lazım gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.