Maraqlı

YouTube-da yenilik - Trendlər daha əlçatan olacaq

21 Mart 2020 17:50
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google YouTube platformasında dəyişiklik edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeniliyə əsasən, "trendlər" bölməsi "kəşf et"lə əvəzlənəcək. YouTube bu yeniliklə istifadəçilərin platformaya marağını artırmağa çalışır. Yenilik vasitəsilə trend video və paylaşımlar daha əlçatan olacaq. Bununla da oyun, musiqi və digər sahələrə aid paylaşımlar  profillərə uyğun auditoriyalar qarşısına çıxarılacaq.

Yenilik artıq Android istifadəçilərinin ixtiyarına verilib. Yararlanmaq üçün Youtube tətbiqini silərək yenidən yükləmək kifayətdir. Yeniliyin yaxın günlərdə iOS cihazlarında da istifadəyə veriləcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.