Maraqlı

Qripdən qoruyan çay

21 Mart 2020 19:20
0 Şərh     Baxış: 2 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qripdən, digər virus, infeksiyalardan qorunmaq üçün otlar, quru meyvələr, ədviyyatlardan hazırlanan çaylar, dəmələmələrdən geniş istifadə olunur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, onlardan biri də çoxlu sayda bitki, meyvə qarışığından hazırlanan "Osmanlı çayı" hesab olunur. Osmanlı çayı necə hazırlanır?

Məlumata görə, çay 10 bitki, meyvə qarışığından ərsəyə gəlir. Bu çay qrip başda olmaqla bir çox viruslardan, infeksiyalardan qoruyur.

Tərkibi: Zəncəfil, çökə, mixək, limon, portağal, darçın, alma, kəklikotu, hibiscus çayı (xalq arasında Məkkəgülü) və havlıcan (zəncəfilkimilər fəsliləsindən olan Alpniya bitkisi)

Bu çay ən çox qış aylarında içilir. Qripə və soyuqdəyməyə qarşı ən təsirli vasitə hesab olunur. Balla qarışdırıb içmək daha faydalı sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.