Maraqlı

Avstraliyadan Feysbuka iddia: Hər vətəndaşına görə 1,7 milyon dollar

14 Mart 2020 20:35
0 Şərh     Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk son vaxtlar fərdi məlumatların oğurlanması hallarına görə, xeyli cərimə ödəmək məcburiyyətində qalıb. Daha bir məhkəmə iddiası isə Avstraliyadan gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Avstraliya ölkənin məxfilik qanunlarını pozduğuna görə, Feysbuka 529 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. Avstraliya Federal Məhkəməsi hələ ki, qərar qəbul etməsə də, ölkə fərdi məlumatları oğurlanan hər vətəndaşı üçün 1,7 milyon dollar tələb edir.

İddiaya görə, Feysbuk 2014-cü ildə "This is your digital life" adlı tətbiqi istifadəyə verərək 311 127 Avstraliya vətəndaşının məlumatlarını ələ keçirib. Tətbiq sahiblərinin bu məlumatları Cambridge Analytica şirkətinə satdıqları bildirilir.

Məhkəmə Avstraliyanın leyhinə qərar versə, Feysbuk 529 milyard dollar cərimə ödəməli olacaq. Bu isə Avstraliyanın aylıq gəlirindən daha çoxdur. Keçən ay ölkə gəlirinin 513,7 milyard dollar olduğu açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.